Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Cenevrə danışıqları nəticə verəcəyək

Cenevrə sülh danışıqlarının nəticə verəcəyinə ümid etmirəm - Həsən Ruhani
“Sülh danışıqlarında sabitsizliyi yaradanların özləri iştirak edirlər.”

SalamNews–un “FarsNews”a istinadla verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani Tehrandan İsveçrədə keçirilən Davos iqtisadi forumuna yola düşərkən deyib.

Suriya üzrə bu gün keçiriləcək toplantının nəticə verməyəcəyini qeyd edən dövlət başçısı bunu Suriyada sabitsizliyə səbəb olan ölkələrin danışıqlarda iştirakı ilə əlaqələndirib.

İraq Kürdüstan müxtariyyətinin lideri Məsud Barizani də danışıqların nəticəsiz qalacağını deyib və Suriya Azad Ordusunun ölkədə hakimiyyətə yararsız olduğunu vurğulayıb.

Bildirək ki, Suriya sülh danışıqları bu gün İsveçrənin Montryo şəhərində keçirilir.
1486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi