Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

"BMT baş katibinin statusuna və ləyaqətinə yaraşmır"

Səfir: “İrana göndərilən dəvətin geri çağırılması BMT baş katibinin statusuna və ləyaqətinə yaraşmır”

İran Suriyadakı böhranlı vəziyyətin siyasi yollarla həllini dəstəkləyir.

Bunu apa-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İranın Suriya münaqişəsi ilə bağlı keçiriləcək konfransa çağırılmaması ilə bağlı məsələni şərh edərkən bildirib.

Onun sözlərinə görə, əvvəlcədən şərt qoyulmadığı halda dəvət gəlsə, İran Suriya məsələsi ilə bağlı konfransda iştirak edəcək: “BMT baş katibi Pan Gi Mun bu həftə İrana məktub göndərərək, ölkəni Suriya münaqişəsi ilə bağlı Cenevrə-2 sülh konfransında iştirak etməyə dəvət edib. Lakin bir neçə saatdan sonra üçüncü tərəflərin təzyiqindən sonra baş katib fikrindən dönərək, dəvətnaməsini geri çağırıb. İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin dediyi kimi, biz təəssüf edirik ki, Pan Gi Mun bu dəvətini geri çağırıb. Düşünürük ki, bu cür münasibət BMT baş katibinin statusuna və ləyaqətinə yaraşmır”.

Diplomat həmçinin əlavə edib ki, İranla Suriya arasındakı tarixi əlaqələri Cenevrə-2 sülh konfransının uğurlu keçməsi üçün vacib amillərdən biridir: “Bir çox mütəxəssislər də bildirirlər ki, İranın iştirakı konfransın uğurla nəticələnməsi üçün vacibdir”.

Qeyd edək ki, Cenevrə-2 konfransı bu gün İsveçrədə start götürür.
1453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber