Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Hakimiyyətin qaz yalanı

Ölkə ərazisinin xeyli hissəsi mavi yanacağa həsrətdir

Mirvari Qəhrəmanlı: «Reallığı ortalığa çıxarmaq üçün ciddi yoxlamaya ehtiyac var»

Rəsmilər, o cümlədən də dövlət başçısı ölkənin bütün ərazisinin qazlaşdırılması üzrə yaxın vaxtlarda işlərin tam başa çatacağını deyirlər. Hətta son müşavirələrin birində ölkə başçısı Ilham Əliyev artıq bu prosesin sona yaxınlaşdığını bildirib. Lakin bir çox hallarda belə məlumatlar arasında ziddiyyətlər yaranır. Belə ki, dövlət başçısının “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Bakıətrafı qəsəbələrin tam qazlaşdırılması üzrə işlərin başa çatdırılması 2014-2016-cı illərdə paytaxtın və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının prioritet istiqaməti elan edildiyi deyilir.

Eyni zamanda Dövlət Neft Şirkəti 2015-ci ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsinin 99 faizə çatacağını bəyan edib. ARDNŞ prezidenti Rövnəq Abdullayev artıq ölkədə qazlaşdırmanın səviyyəsinin 90 faizə çatdığını deyib.

Onu da qeyd edək ki, Ilham Əliyev regionlara səfəri zamanı ölkənin bütün ərazisinin qazlaşdırıldığını deyir. Məlumatlardakı bu ziddiyyətlər nədən xəbər verir və bu deyilənlərin hansına inanmaq olar?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı əslində ən yaxşı hesabatların rayon qaz istismar kontorlarında olduğunu deyir. Yəni rayonlardan alınan məlumat daha dəqiqdir: “Məsələn, məlumat verirlər ki, guya Bakıda bütün qaz hesablayıcı sayqacları smart-kartla işləyir. Amma bu belə deyil. Deyirlər rayon ərazilərində qazlaşdırma sona çatıb. Bu da doğru deyil. Hansısa bir qurumun rəhbəri, yaxud da ölkə başçısı çıxış edəndə aşağıdan yuxarıya verilən məlumatların tərtibatında səhvə yol verilib. Məsələn, 90-cı platformada yanğın olanda demişdim ki, Rövnəq Abdullayevə kompleks qazma trestindən verilən məlumatlar bir-birini təkzib edir. Çünki yuxarıdan aşağı nəzarət çox zəifdir. Verilən rəqəmlərin əksəriyyəti reallıqla uyğun gəlmir. Vəzifə sahiblərinin çıxışları bir birini təkzib edir”.

M.Qəhrəmanlının sözlərinə görə, “Azəriqaz”da struktur islahatlarına ehtiyac yoxdur. Ilk növbədə qaz nəzarət sistemini yoxlamaq lazımdır. Tam qazlaşma qurtarmadan struktur islahatları aparmaq vəziyyəti daha da çətinləşdirir: “Tək qaz sahəsində deyil, yoxlasaq, hər yerdə verilən məlumatlar bir-birini təkzib edir. Reallığı ortalığa çıxarmaq üçün ciddi yoxlamaya ehtiyac var”./azadlıq/
1540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber