Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

"Mişeli boşa!"

Jirnovskidən Obamaya sensasion təklif -"Mişeli boşa!"

"Mişel onu bu həddə çatdırıb. Necə ki, Klintonu Monika məhv etdi"
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovski dünyanın aparıcı dövlətlərinin liderlərini arvadlarını boşamağa çağırıb. Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, V.Jirnovskinin fikrincə, dünyanın aparıcı ölkələrinin liderlərinin ailələri olmamalıdır: “Arvadlar onların fəaliyyətinə ciddi mane olur. Bu liderlər dünyanı idarə etdiyi halda arvadları onlara hər cür maneçilik yaradır”.
Jirnovski hesab edir ki, Barak Obama da ailəsindən boşanmalıdır: “Çünki Obama son vaxtlarda arvadının hesabına pis görünməkdədir. O xarici görünüşünə görə dəyişib. Yaşıllaşıb. Buna Mişel səbəbkardır. Mişel onu bu həddə çatdırıb. Necə ki, Klintonu Monika məhv etdi. Bax burada da yenə arvad barmağı var”.
Bunları əsas gətirən Jirnovski bəyan edib ki, Obama nə qədər tez Mişeldən canını qurtarsa yaxşıdır. Jirnovski deyib ki, bununla bağlı yaxın zamanda Barak Obamaya müraciət ünvanlayacaq. Keçən ilin sonunda Barak Obama Mişel Obama ilə ayrılması haqqında məlumat yayıldı.
Qeyd edək ki, 2013-cü ildə mətbuat Jirnovskinin özünün arvadının gəlirləri haqqında deklarasiyanı doldurmadığına görə, saxta boşanmada şübhəli bilinib. LDP lideri o zaman məsələyə aydınlıq gətirərək deyib ki, o nə 2013-də, nə də ondan əvvəl boşanıb:”Biz 1996-cı ilin fevralından etibarən kilsə kəbini ilə yaşayırıq.”
Onu da əlavə edək ki, bu Jirniovskinin ilk belə bəyanatı deyil. Elə 2014-cü ilin əvvəlində o partiyadaşlarını ildə 4 dəfədən çox cinsi əlaqədə olmamağa çağırıb.
1576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13