Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Rayonda müəmmalı qətl hadisəsi baş verib

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, dünən saat 20 radələrində 5-6 nəfər naməlum şəxs üzərində zorakılıq əlamətləri olan naməlim kişi meyitini xəstəxananın qəbul şöbəsinə gətirib, heç bir məlumat vermədən oranı tərk ediblər.

Rayon Polis Şöbəsi və Prokurorluğun apardığı araşdırma nəticəsində qətlə yetirilən şəxsin Zaqatala rayonunun Axaqdərə kənd sakini, 1970-ci il təvəllüdlü Abdullayev Yusif Şaban oğlu olduğu məlum olub. İlkin yoxlama zamanı meyitin kürək nahiyəsində kəsilmiş-çapılmış, boyun nahiyəsində isə daxilə işləyən yaralar aşkarlanıb.

Araşdırma nəticəsində Yusif Abdullayevin kənd ərazisindəki çayın kənarında, həmkəndlisi, 1989-cu il təvəllüdlü Qurbanov İsrafil Ramazan oğlu tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub. Məlumata görə, qətl şəxsi münaqişə zəminində baş verib.

İ. Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Hazırda qətldə istifadə olunan bıçaq axtarılır.
1759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı