Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Terrorçular Soçi Olimpiadasına hazırlaşan Avropa ölkələrini hədələdilər

Avropanın bir neçə ölkəsinin Olimpiya komitələrinə rus və ingilis dillərində Soçidə keçiriləcək olimpiada ərəfəsi terror təhlükəsi ilə bağlı məktublar göndərilir. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, fevralın 7-də başlayacaq Olimpiada ilə bağlı artıq Macarıstan, Sloveniya və İtaliya Olimpiya komitələrinə belə məktublar daxil olub. Məktublar elektron poçt vasitəsilə göndərilir və qeyd edilir ki, Soçidə həmin ölkələrin nümayəndə heyətini terror təhlükəsi gözləyir.

Macarıstan Olimpiya Komitəsinin sədri Jolt Borkay bəyan edib ki, onun ölkəsində bu xəbərdarlıq ciddi qarşılanıb və bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə, eləcə də olimpiadanın Rusiyadakı təşkilatçılarına məlumat verilib. Bununla belə, o əmindir ki, bu cür hədə-qorxu Soçidəki idman yarışını poza bilməyəcək.

Sloveniya Olimpiya Komitəsinin sədri isə deyib ki, aldıqları məktubu polisə yollayıblar.

Xatırladaq ki, 2013-cü ilin yayında sosial şəbəkələrdə islamçı-yaraqlıların tanınmış lideri Doku Umarov tərəfdarlarına 2014-cü il Olimpiadasının baş tutmaması üçün bütün səylərini əsirgəməməyə çağırıb.
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23
Mosk