Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

13 uşaq atasının fəryadı...

Həsən Camalovu narahat edən məsələ “Bərgüşad Ş” firmasının onun hüquqlarını pozması və məmur özbaşınalığıdır

13 uşaq atası Həsən Camalov... Son günlər bir neçə yerli mediada yer alan vətəndaş öz faciəsiylə gündəmə gəlib. Həsən Camalovu narahat edən məsələ isə Səməd bəy Mehmandarov küçəsi 26 saylı ünvanda çoxmənzilli bina inşa edən “Bərgüşad Ş” firmasının onun hüquqlarını pozması və məmur özbaşınalığıdır. Evindən 3 metr aralıda tikilən binanın onun və ailəsi üçün təhlükə yaratdığnı bildirən Həsən Camalov narahatçılığını bir neçə dəfə Sabunçu İcra Hakimiyyətinin müavini Şakir Alıyevə bildirsə də, nəticəsiz qalıb.

Bütün sənədlərinin yerində olduğunu deyən Həsən Camalov evin 3-cü mərtəbəsinin də müəyyən mübahisələrə səbəb olduğunu bildirib. 3-cü mərtəbənin monsart olduğunu iddia etdiklərini vurğulayan Həsən Camalov ailəsinin böyük olduğunu və evin hər kvadratmetrinin onun üçün gərəkli olduğunu və evin hər mərtəbəsinin də Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıldığını deyir. Tikilən bina ailəsi üçün böyük təhlükə doğurur.

20-ə yaxın rəsmi dövlət qurumuna müraciət etdiyini deyən Həsən Camalov yalnız Fövqəladə Hallar Nazirliyinin məsələni nəzarətə götürdüyünü qeyd edir. Bir neçə gün öncə nazirliyin nümayəndələrinin onun evində olduğunu qeyd edən vətəndaş yalnız onların müdaxiləsindən sonra binanın evlə üzbəüz olan qisminə təhlükəsizlik toru çəkildiyini sözlərinə əlavə edib. O, bildirir ki, evin hər kvadratmetrinə 1150 AZN təklif edilir ki, bu da haqsızlıqdır. Həsən Camalov təklif edilən kompensasiyanın evinin qiymətindən 3 dəfə az olduğunu, 2008-ci ildə inşasına başlanan evin 2010-cu ildə bitdiyini və o zaman bu evin onlara 500 min dollara başa gəldiyini bildirir.

Bütün bunlarla yanaşı, Həsən Camalov ona məxsus Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14/2 saylı ünvanda 400 kvadrat metr torpaq sahəsinin Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz zəbt olunduğunu bildirir. Həsən Camalov özünü yandıran Qarabağ qazisi, biçarə Zaur Həsənovu indi anladığını da sözlərinə əlavə edib. Çarələr tükəndiyində bir ata övladlarının haqqı, gələcəyi və istiqbalı üçün ölümü belə gözə aldığını vurğulayıb.

Narazı vətəndaş onun hüququnun ancaq və ancaq prezident tərəfindən bərpa edə biləcəyini düşünür.

Bu arada onu da qeyd edək ki, Həsən Camalov bütün bu haqsızlıqlara dözməyərək 27 gündür aclıq élan edib. Bəli, yaşanan ailə faciəsi həqiqətən də 13 övlad atasını çarəsiz vəziyyətə gətirib. Aidiyyatı qurumların məsələyə münasibət bildirməsi çox önəmlidir. Çünki, Həsən Camalov hər gün bir az daha zəiflədiyini deyir./interaztv.com/
1404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43