Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Ərdoğan höküməti olmasaydı Suriyadakı hadisələr baş verməzdi

Ərdoğan höküməti olmasaydı Suriyadakı hadisələr baş verməzdi - Suriya XİN rəhbəri
V. əl-Müəllim sülh danışıqları toplantısında hazır olan ölkələrin bir çoxusunu, ölkəyə qırıcı silah idxal etməkdə və suriyalıların qətlində günahlandırıb

“Əgər Suriya barəsində narahatsızsa, ölkəyə silah idxalını durdurun”.

İnterAz–ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, bunu Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllim İsveçrənin Montreyo şəhərində sülh danışıqları toplantısındakı çıxışında bildirib.

V. əl-Müəllim sülh danışıqları toplantısında hazır olan ölkələrin bir çoxusunu, ölkəyə qırıcı silah idxal etməkdə və suriyalıların qətlində günahlandırıb.

“Nyu-Yorkda özünü partladan yenidən Suriyada peyda olub. Əgər Suriyadakı acınacaqlı durum sizi narahat edirsə, ölkəyə silah idxalına son qoyun. Suriyada 83 ölkənin vətəndaşı müxalifət cərgələrində vuruşmaqdadır. Bu necə ola bilər ki, çeçenistanlı, türk, ərəbistanlı və ya liviyalı terrorçular suriyalıların amal arzularını həyata keçirsinlər. Biz çox təəssüflənirik ki, burada əli suriyalıların qanına bulaşan dövlətlərin nümayəndələri oturublar”.

Bildirək ki, Suriya xarici işlər nazirinin bu kəskin çıxışı BMT baş katibi Ban Gi Munun etirazına səbəb olub və o, Vəlid əl-Müəllimi çıxışını bitirməyə çağırıb.
1551 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...