Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Rusiya dağıstanlı kamikadze qadını axtarır

Rusiya polisi Soçidə intiharçı bomba hücumu etmək istəməkdə şübhəli bilinən qadının axtarışındadır. Polis gələn ay Qış Olimpiyadasının keçiriləcəyi şəhərin yataqxanalarında axtarış plakatları yayıb.

23 yaşlı dağıstanlı qadın Ruzanna İbragimovanın terrorçu döyüşçünün dulu olduğu deyilir. Güman edilir ki, o, Oyunlar ərəfəsindəki möhkəm mühafizədən yan keçərək ayın əvvəlində Soçiyə daxil olub.

Ən azı iki digər potensial qadın intihar bombaçısı da regionda ola bilər, polisin digər plakatlarında deylir. Rusiya Prezidenti Vladimir Putin Olimpiya tarixində ən geniş təhlükəsizlik əməliyyatını işə salıb və sahəni şəxsən özü də yoxlayıb.

30 000-dən çox polis işçisi və Daxili İşlər Nazirliyinin qoşunları sahəyə göndərilib. Volqoqrad şəhərinin cənubunda dekabrın sonunda baş verən, 34 adamın ölümü ilə nəticələnən Klikləyin iki intihar hücumundan sonra, təhlükəsizlik barədə narahatlıqlar artıb.

Çərşənbə axşamı Kreml ilə telefon danışığı zamanı ABŞ Prezidenti Barack Obama Olimpiya Oyunlarının "təhlükəsizliyini" təmin etmək üçün Amerikanın "tam yardımını" təklif edib, Ağ Ev deyib. Moskva Dağıstan, İnquşetiya və Çeçenistandan olan islamçı döyüşçüləri Olimpiyada üçün böyük təhlükə sayır.
1389 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45