Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

İtaliyanın xarici işlər nazirinin başını örtməməsi problemlə nəticələnib

“ABNA” agentliyinin verdiyi məlumata görə, bir müddət öncə İrana səfər edən İtaliyanın xarici işlər naziri xanım Emma Beninonun başını örtmək istəməməsi çətinliyə səbəb olub. Belə ki, xanım Benino Tehranın hava limanına endikdən sonra İranın XİN rəsmiləri onu qarşılamağa gəliblər.

Onlar protokol qaydalarına uyğun olaraq xanım Beninoya başına örpək örtmək üçün 3 müxtəlif rəngli yaylıq təklif ediblər. İtaliya xarici işlər naziri isə başını örtməkdən imtina edərək, deyib: “Necə olur ki, İran rəsmiləri bizim təşkil etdiyimiz mərasimlərdə spirtli içki olduğuna görə, tədbiri tərk edirlər? Biz isə başımızı mütləq örtməliyik?

Bundan sonra İran rəsmiləri Cavad Zəriflə telefon əlaqəsi saxlayaraq mövzu ilə bağlı məlumat veriblər. İran xarici işlər naziri isə xanım Emma Beninonu protokol qaydalarına uyğun olaraq örpək örtmədiyi təqdirdə onu qəbul edə bilməyəcəklərini açıqlayıb.

Nəhayətdə xanım Benino İran tərəfinin tələblərini qəbul etmək məcburiyyətində qalıb./fakrxeber/
1403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP