Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Narazı Qarabağ əlili Səlim Müslümova faktlar verdi

II qrup Qarabağ əlili İsmayıl Yəhya oğlu Rəsulov İ.Əliyevə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova və Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət edərək Qarabağ əlilləri üçün tikilən mənzillərin kənar şəxslərə satıldığını iddia edib.

Bu barədə virtualaz.org saytına İsmayıl Rəsulov özü məlumat verib.

Qarabağ əlili bildirdi ki, 2002-ci ilin iyul ayından mənzil almaq üçün rəsmi qeydiyyata götürülüb: “Qarabağda gedən döyüşlərdə başımdan yaralanmışam, ağır kontuziyam var. Hazırda başımda həyatım üçün təhlükəli olan qəlpələr gəzdirirəm, şəkərli diabet xəstəsiyəm. 6 nəfərdən ibarət ailəm kiçik otağa sığınıb”.



İ.Rəsulov söylədi ki, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri yaşadığı mənzilə hələ 2002-ci ildə baxış keçirib: “Onların rəyi əsasında rayon icra hakimiyyətinin başçısı mənzil növbəsinə yazılmağım üçün əmr verdi. Mən mənzil növbəsinə dayanarkən sıra nömrəm 41 olub. Bu illər ərzində Qaradağ rayonunda Qarabağ əlilləri üçün üç yaşayış binası istifadəyə verildi. Artıq övladlarım böyüyüb. İllər ərzində bütün dövlət orqanlarına müraciət etmişəm. Amma hər dəfə gözləməyi məsləhət biliblər”.

Qarabağ qazisi mənzillərin kənar şəxslərə satıldığını iddia edib: “Mənzil alanlar arasında Qarabağda yol qəzası nəticəsində xəsarət alanlar, saxta Qarabağ əlili statusu alanlar da var. Müraciətimdə həmin faktların araşdırılmasını tələb etmişəm. Mənzillərin paylanmasında neqativ hallara yol verilir və bunu yəqin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bilirlər. Bu faktları nazirliyin nəzərinə bir daha çatdırıram ki, yeni nazir Səlim Müslümov onları araşdırsın”.

İ.Rəsulov Qarabağ əlilləri üçün tikilən evlərlə bağlı monitorinq keçirilməsini, araşdırma aparılmasını istəyir: “12 ildir dövlət qurumları arasında gedib-gəlməkdən yorulmuşam. Bəzi məmurlar Qarabağ əlillərini bilərəkdən, qəsdən incidirlər. Amma mən Zaur Həsənov kimi haqqımı intihar etməklə bərpa etməyəcəm, mübarizə aparacağam”.
1520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı