Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Bakıda iş adamı Qarabağ qazisini döydürdü

17 yanvarda axşam saat 18-19 radələrində Azad İsgəndərov adlı iş adamına yaxın şəxslər və "Riyad" mühafizə xidmətinin əməkdaşları, Laçının müdafiəsi uğrunda döyüşlərdə ağır yara almış, Qarabağ müharibəsi qazisi Niyaz Əmiraslanova hücum çəkərək onu döyüblər.

Niyaz Əmiraslanovun Avropa.info-ya verdiyi məlumata görə, bu zorakılıq nəticəsində Qarabağ qazisi və atası Vətən müharibəsi veteranı olan Vəli Əmiraslanov da bədən xəsarətləri alıblar. Səbəb isə Azad İsgəndərovun apardığı tikintinin Qarabağ qazisinin evinə gedən yolunun kəsməsinə etiraz etməsi olub.

Fiziki zorakılığa məruz qalan qazi Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərkən, təhqiqatçı Natiq Təhməzov ona "səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı getməzdin", deyib.
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı