Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Rauf Arifoğlunun yeni pozuculuq planı

Oqtay Gülalıyev: «İki partiya arasında nifaq salmaq istəyənlərin arzusu puç olacaq»

Fikrət Cəfərli: «Adı müxalifətdə olub, özü hakimiyyətdə olanlar real qüvvələr arasında qarşıdurma yaratmaq istəyirlər»


Allah heç kimi arqumentsiz qoymasın. “Yeni Müsavat” qəzeti hazırda arqumentlərdən, məntiqli cavablardan məhrum olub. Ona görə də keçmişə ekskurs edib, indiki ittihamları arxa plana keçirməyə start veriblər. Bu dəfə də 2003-cü ildə nəşr olunmuş, KXCP üzvü Bəybala Əbilin “Xalq cəbhəsinin Yurd həqiqətləri” kitabını tapıblar. Guya bu “fakt”larla Əli Kərimlini, cəbhəni ifşa edirlər.
Siyasətdə zaman-zaman müttəfiq tərəflər arasında belə mübahisələr, qarşıdurmalar, incikliklər olur və bu təbiidir... Ancaq hazırda KXCP ilə AXCP arasında hansısa düşmənçilik, qarşılıqlı savaş yoxdur və bu partiyalar Milli Şurada təmsil olunurlar. Belə olan halda Rauf Arifoğlunun məqsədi nədir ki, iki partiya arasında illər öncə baş vermiş narazılıqları yenidən gündəmə gətirib? Bu “fakt”larla Milli Şura daxilində növbəti dağıdıcılıq planını həyata keçirmək onun növbəti missiyasıdırmı?
Reallıq da onu göstərir ki, Rauf Arifoğlunun istəyi bu kitab vasitəsilə tərəflərin bir-birinə tənqidlər yağdırmasına nail olmaqdır. Ancaq bu plan da baş tutmayacaq və əvvəlki “missiya”lar kimi yarımçıq qalacaq.


“Yeni Müsavat”ın yazdıqlarına münasibət bildirən KXCP sədrinin müavini Oqtay Gülalıyev hesab edir ki, iki partiya arasında nifaq salmaq istəyənlərin arzusu puç olacaq və hər iki partiyanın eyni hədəfi var: “AXCP və KXCP eyni qurumda təmsil olunur və bu partiyalar arasında heç bir anlaşılmazlıq yoxdur. Əksinə, bizim kifayət qədər ortaq hədəflərimiz var və hər iki partiya bu istiqamətdə yürüyür. Düzdür, vaxtilə bu təşkilatlar arasında müəyyən narazılıqlar olub. Ancaq indi bütün bu hallar tarix olub. Indi bizim hədəfimiz hakimiyyətdir, antidemokratik rejimdir. Nə KXCP üçün hədəf AXCP, nə də AXCP üçün hədəf KXCP deyil. Bunun əksini söyləyənlər, başqa bir situasiya yaratmaq istəyənlər yanılırlar və onların cəhdləri əbəsdir. Istəyirlər ki, iki partiya arasında nifaq salalar və biz buna getməyəcəyik”.


Keçmiş KXCP üzvü, politoloq Fikrət Cəfərli bildirdi ki, adı müxalifətdə olub, özü hakimiyyətdə olanlar real müxalifət qüvvələrini bir-birinə qarşı qoymaq istəyirlər: “Bu gün müxalifətdə bir yeniləşmə baş verir. Və bu yeniləşmə daha prinsipial, mübariz, cəsarətli insanların kimliyini müəyyən edir. Bu məqamda da yalançı müxalifətçilər real qüvvələr arasında nifaq salmaq istəyirlər. Bu da heç kimə başucalığı gətirməyəcək. Bu gün AXCP-nin mübarizənin mərkəzində olması sirr deyil və bəzi qüvvələr AXCP ilə digər tərəflər arasında münaqişə yaratmaq istəyir. Burda əsas məqsəd Əli Kərimliyə zərbə vurmaq və hədəfi hakimiyyətdən yayındırmaqdır. Ancaq bu ”missiya"nın fəaliyyəti uzun çəkməyəcək və bir neçə aydan sonra pozucu adamlar cəmiyyətdə ifşa olunacaqlar. Ümumiyyətlə, Cəmil Həsənli, Rüstəm Ibrahimbəyov kimi ziyalıları hədəf alan adamların, AXCP-KXCP qarşıdurması yaratmaq istəməsi təəccüblü deyil. Aydındır ki, baş verənlər xoşməramnan qaynaqlanmır və pozuculuq işidir. Ancaq bundan narahat olmağa dəyməz".
1363 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı