Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

22 günə 22 intihar

“Binadan özünü atıb intihara cəhd etmək istədi”, ” Körpüdən özünü atdı”, “11 yaşlı qız intihara cəhd etdi”, “Özünü evdən asdı”… Son günlər eşitdiyimiz və getdikcə də süjeti dramatikləşən, heyrət yükü artan xəbərlərin başlıqlarıdı bunlar.

Nədən intihar hadisələri bu qədər çoxalıb ? Kimdi günahkar sosial problemləri yaradan hakimiyyət? Yoxsa ailə institutumuz və ya mentalitet?

Öncə onu qeyd edim ki, sabahını görə bilən, gələcəklə bağlı hədəfləri, planları olan şəxsin intihara cəhd etməsi mümkün deyil. Əksinə, o, bütün mümkün vasitələrdən istifadə edəcək ki, yaşasın.

Bu il baş verən intihar hadisələrinə baxdıqda əsasən sosial problemlər əsaslıq təşkil edir. Amma, baş verən intiharların əsas səbəbi sosial problemlərdi. Gənc işsizdi, bahalı bir şəhərdə ayaqlaşmaq onun üçün çox çətindir. Çıxış yolu var, amma çətin olsa da, gənclər əsasən çox asan bir yolu seçir – intihar.

2013-cü ildə bir intihar hadisəsi olmuşdu. Azyaşlı bir qız uşağı özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atmışdı. Səbəb isə yenə də sosial problem idi. Məktəb müəllimi bu gənc qızdan pul istəyir, valideyn vermir, çıxış yolu oğurluq etmək olur. Nəticədə gənc qız üzərinə gələn valdeyn ittihamlarına dözə bilmir, intihar edir. Bax Azərbaycan da, baş verən intihar hadisələrinin əsasında sosial problemlərdir.

Hakimiyyət 22 gündə baş verən 22 intihara susmamalıdr. Əksinə ciddi araşdırma aparmalı və bu üzücü olaylara son qoymalıdır./medianews/
1642 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:05