Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

23 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 22-dən 23-nə keçən gecə hava şəraitinin bəzi yerlərdə çiskinli, səhər saatlarında duman olacağı, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam isə havanın tutulacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-4, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Yanvarın 23-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə duman, zəif çiskinli olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək. Axşam Naxçıvan MR-da zəif qar yağacağı, Lənkəran-Astara zonasında isə az yağıntılı olacağı gözlənilir.
Havanın temperaturunun gecə 1-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
1595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber