Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

İran öz nüvə proqramını dayandırmayacaq

İran bütün Cenevrə razılaşmalarını yerinə yetirir, lakin öz nüvə proqramını tam dayandırmayacaq. İTAR-TASS-a istinadən verdilən məlumata görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Ağ ev bunu (İranın 20% -dək uranın zənginləşdirilməsi proqramının dayandırılması) İranın nüvə proqramının tam dayandırılmasının başlanğıcı kimi təqdim etməyə çalışır", - Zərif deyib.

Zərif vurğulayıb ki, Tehran öz üzərinə müəyyən öhdəliklər götürüb və onları yerinə yetirəcək.

Xüsusilə, həmin sazişdə nəzərdə tutulmuş müddət ərzində uranın zənginləşdirilməsinin 5%-dən artığı dayandırılacaq, yarım ildən sonra 20 faizə qədər zənginləşdirilmiş nüvə materiallarının bütün ehtiyatları məhv ediləcək. Bundan əlavə, İran istənilən zənginləşdirmə sentrifuqaların quraşdırılmasını və uranın zənginləşdirilməsi üzrə yeni mərkəzlərin tikintisini dayandırmalıdır.

"Bu zaman biz sentrifuqaları və digər avadanlıqları sökməyəcəyik, sadəcə biz 5 faizdən artıq uranın zənginləşdirilməsini dayandıracağıq", - İranın xarici siyasət idarəsinin rəhbəri bildirib./Trend/
1435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17