Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Soçidə “qoşa unitaz” qalmaqalı - Fotolar

Soçidə Olimpiya yarışlarının keçiriləcək Biatlon Mərkəzində qoşa unitazlı ayaqyolu şəkilinin sosial şəbəkədə yayılması qalmaqal yaradıb.

BBC-nin yaydığı xəbərə görə, qurumun Moskva üzrə müxbiri Stiv Rozenberq Soçidəki Biatlon obyektlərində ayaqoluna gedərkən gördüyü mənzərə qarşısında şoka düşüb. Məlumata görə, Rozenberqin girdiyi ayaqyolu iki nəfərin eyni anda istifadəsi üçün nəzərdə tutulub və burda yan-yana iki unitaz olub.

Qeyd edək ki, BBC müxbirinin şəxsi Twitter səhifəsində paylaşdığı şəkillər Rusiyanın özündə müzakirələrə səbəb olub.

Şəkli öz səhifəsində paylaşan Rusiyanın müxalif siyasətçisi Aleksey Navalni bu şəklin, Soçi olimpiadası üçün ayrılan 50 milyard dolların hara xərcləndiyinin bariz nümunəsi olduğunu yazıb.

Bəziləri şəklə şərh yazaraq bu cür tualetlərin Rusiya məkanı üçün xarakterik olduğunu, burda qeyri-adi heç nə olmadığını bildiriblər./ans/


1608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP