Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Əl-Ənbarda 50 silahlını öldürüb

İraq ordusu aviazərbələr vasitəsilə əl-Ənbarda 50 silahlını öldürüb
İraqın şərqində gedən qarşıdurmalar nəticəsində 22 mindən çox insan ev-eşiyini tərk edib.

SalamNews-un əl-Cəzirəyə istinadla verdiyi xəbərə görə, İraqın Müdafiə Nazirliyi əl-Ənbar əyalətində aviazərbələr nəticəsində 50 silahlının öldürdüyünü bəyan edib. Nazirliyin verdiyi bəyanatda aviazərbələrin çərşənbə axşamı həyata keçirildiyi və silahlılara məxsus xeyli sayda silah-sursatın və hərbi avadanlıqların sıradan çıxarıldığı bildirilib. Məlumata görə, öldürülən terorçuların aralarında xeyli sayda əcnəbi vətəndaşlar var.

BMT-nın İraqdakı nümayəndəliyi əl-Ənbarda gedən döyüşlər barədə xəbərdarlıq edib. BMT hesabatına əsasən, qarşıdurmalr nəticəsində əl-Ənbardan Kərbəla, Babil, Nəcəf, Bağdad və sair əyalətlərə sığınan qaçaınların sayı 22 mini ötüb.

“FransPress”in məlumatına əsasən, təkcə cari ayın əvvəlindən indiyə qədər ölkədə gedən qarşıdurmalar və teror aktları nəticəsində 700-dən artıq insan həlak olub.
1300 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber