Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Futbolun daha bir faydası

Elmi məlumatlara görə futbol oynamaq artıq çəkidən əziyyət çəkən kişilərə daha çox xeyirlidir.
Bu idman növü maddələr mübadiləsini yaxşılaşdırmaqla ürək əzələsini gücləndirir, piylənmənin qarşısını alır, insanı daha sağlam və gümrah edir.
Bunu aparılan tədqiqatlar da sübut edib. Araşdırmalarda iştirak edən 374 nəfər (artıq çəkili) futbol tərəfdarları öz yerli futbol klubunda 12 həftəlik məşq proqramı keçiblər. Nəticədə, bu şəxslərin 5 kq çəki verdiyi müəyyən olunub.
Tədqiqatçılar həmin məşq proqramlarının işə yaradığını bildiriblər. Proqrama qatılan kişilərin təxminən 40%-i bədən ağırlığının ən azı 5%-i qədər çəki itirib.
İştirakçılar sağlamlıq problemlərinin həllindən məmnun olduqlarını ifadə ediblər.
1378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...