Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Boksçularımızın rəqibləri məlum oldu

Azərbaycanlı boksçuların dünya çempionatında ilk rəqibləri məlum olub
Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı bu gün start götürəcək.

SalamNews xəbər verir ki, dünən yarışın püşkatması keçirilib. Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov güclü rəqiblərlə üzləşəcəklər. London oyunlarında 91 kq-da bürünc mükafatçımız ilk mərhələdən azad olsa da, 1/4 finalda boks ölkəsinin nümayəndəsi - kubalı Erislandi Savonla qarşılaşa bilər.

Məhəmmədrəsul Məcidov ilk döyüşləri qələbə ilə başa vursa, 1/4 finalda London olimpiadasında məğlub etdiyi rusiyalı Məhəmməd Ömərovla görüşmək ehtimalı var. London-2012-nin gümüş mükafatçısı Roberto Kamarelle də (İtaliya) dünya çempionumuzla bir qrupdadır.

2011-ci ilin Avropa çempionu Salman Əlizadə (49 kq) yarışa oktyabrın 19-da qoşulacaq. Birinci mərhələdən azad olan boksçumuz 1/16 finalda Georgi Andonov (Bolqarıstan) - Vasiu Tayvo (Nigeriya) cütünün qalibi ilə qarşılaşacaq.

49 kq - Salman Əlizadə - Georgi Andonov (Bolqarıstan)/Vasiu Tayvo (Nigeriya)

52 kq - Elvin Məmişzadə - Rikardo Balndon (Venesuela)/Eduard Salas (Venesuela)

56 kq - Cavid Çələbiyev - Oraz Avzalşoev (Tacikistan)

60 kq - Elvin İsayev - Mohammed Amin (Banqladeş)

64 kq - Pərviz Bağırov - Yu-Jen Vanq (Taypey)

75 kq - Soltan Migitinov - Conatan Hanson (Yamayka)

81 kq - Rauf Rəhimov - Mateuş Trik (Polşa)

91 kq - Teymur Məmmədov - Efetobor Apoçi (Nigeriya)/Seyda Kəsər (Türkiyə)

+91kq - Məhəmmədrəsul Məcidov - Lenroy Thompson (ABŞ)/Fakundo Giglion (Argentina)
1784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat