Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Misirin şimalında silahlılar 5 polisi öldürüb

Misirin Bəni-Suveyf əyalətində silahlılar polis qüvvələrinə hücum ediblər ki, bu hadisə 5 polisin ölümü ilə nəticələnib

Misirdə 25 yanvar inqilabının ildönümü ərəfəsində təhlükəsizlik tədbirləri maksimuma çatdırılıb.

İnterAz–ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, Misirin Bəni-Suveyf əyalətində silahlılar polis qüvvələrinə hücum ediblər ki, bu hadisə 5 polisin ölümü ilə nəticələnib.

Dünən isə ölkədə gedən etiraz aksiyalarında ümumilikdə 8 nəfər yaralanıb.

Bu arada Misirin müvəqqəti hakimiyyəti 25 yanvar inqilabının üçüncü ildönümü ərəfəsində etiraz aksiyalarının və iğtişaşların baş verəcəyini təxmin edib və ölkədə təhlükəsizlik tədbirlərini maksimuma çatdırıb.
1353 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP