Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Moskvada yüzlərlə miqrant saxlanılıb

Bu ilin əvvəlindən etibarən Rusiyanın paxtaxtı Moskvada polis əməkdaşları miqrantların qeydiyyatlarını yoxladıqdan sonra 400-ə yaxın şəxs saxlanılıb.

Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən il Biryulovada baş verən hadisədən sonra Moskva polisi daha ciddi yoxlamalar aparır.

Ərazi bölmələrinə 382 xarici vətəndaşı gətirilib, onlardan 85-i miqrasiya qanunvericiliyinin pozulması aktı ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu insanlar 6 min evdə yoxlama aparıldıqdan sonra saxlanılıblar.
1607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP