Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Hərbi hissədən qaçan əsgər tapıldı

“N” saylı hərbi hissənin əsgəri Hüseyn Orucəli oğlu Əhmədov Qazax rayonu ərazisində saxlanılıb. O, xidməti yerinə təhvil verilib.

Xatırladaq ki, bu gün həqiqi hərbi xidmət yerini özbaşına tərk etmiş H.Əhmədovun axtarışı üçün rayonun giriş-çıxışlarında hərbi postlar qurulmuşdu.

* * * 14:00

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri həqiqi hərbi xidmətdən müəmmalı şəkildə yoxa çıxıb.

Ans-in bölgə müxbirinin verdiyi məlumata görə, Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri Hüseyn Orucəli oğlu Məhəmmədov hərbi xidmətdən yoxa çıxıb. Onun əsgərlikdən qaçdığı bildirilir. Hazırda rayonun giriş-çıxışlarında hərbi postlar qurulub. Qaçan əsgərin axtarışlarına başlanılıb.
1780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber