Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Putin miqrantların fəaliyyətini çətinləşdirəcək qanunu imzalayıb

Rusiya prezidenti Vladimir Putin ölkədə miqrantların fəaliyyətini çətinləşdirəcək qanunu imzalayıb. Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin Rusiya ilə vizasız rejimə malik olan ölkələrin vətəndaşlarına şamil olunan qanun layihəsinə imza atıb və sənəd qüvvəyə minib. Qanun layihəsinin əsas məqsədi Rusiyada qeyri-leqal əmək miqrantları ilə mübarizə aparmaqdır.

Qanuna əsasən Rusiya ilə vizasız rejimə malik ölkələrin vətəndaşları 180 gün ərzində Rusiya ərazisində yalnız 90 gün qala bilərlər. Xarici vətəndaş icazə olmadan 90 gündən artıq Rusiya ərazisində qalarsa, həmin şəxsin ölkəyə girişi 3 il qadağan olunacaq. Əgər xarici vətəndaş fasiləsiz olaraq 90 gün Rusiya ərazisində qalırsa və daha sonra Rusiyanı tərk edirsə, həmin şəxsin ölkəyə girişinə 90 gün müddətinə qadağa qoyulur.

Bu vaxta kimi miqrantlar 3 ay Rusiya ərazisində qalıb, bu müddət tamam olan kimi qonşu ölkələrin birinə gedib sərhədi keçirdilər və daha sonra yenidən Rusiyaya qayıdaraq 90 günlük icazədən istifadə edirdilər. Miqrantlar artıq bu yoldan istifadə edə bilməyəcəklər. 6 ay ərzində Rusiya ərazisində yalnız 90 gün qalmaq mümkündür. Təbii ki, bütün bunlar işləmək üçün rəsmi icazəsi, patenti olan xarici vətəndaşlara aid edilmir.

Qeyd edək ki, miqrantların Rusiyada fəaliyyətini çətinləşdirəcək qanun Azərbaycandan olan miqrantlara da şamil olunacaq. Çünki Azərbaycan da digər MDB ölkələri kimi Rusiya ilə vizasız rejimə malikdir.
1545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat