Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

İran “Cenevrə-2” konfransı ilə bağlı bəyanat yaydı

İran İslam Respublikası Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Suriya barədə hər hansı beynəlxalq və regional hərəkətdə Suriya xalqının səsi və terrorizmlə mübarizəyə üstünlük verilməlidir.

Deyerler.org-un “İRİB”ə istinadən verdiyi xəbərə görə, İran XİN bu gün bəyanat yayaraq İİR-in “Cenevrə-2” konfransı barədə mövqeyini açıqlayıb. Bəyanatda Suriyada terrorçu qrupların fəaliyyətindən nigarançılıq ifadə edərək bildirib ki, Suriya barədə hər hansı beynəlxalq və regional hərəkətdə Suriya xalqının səsi və terrorizmlə mübarizəyə üstünlük verilməlidir.
İİR XİN Suriyada terrorizmin bütün region və regiondan kənar ölkələri təhdid etdiyini bildirərək vurğulayıb ki, terrorçuların Suriyada dinc əhaliyə qarşı törətdikləri cinayətlər bəşəriyyətə qarşı cinayətdir və terrorçuların himayədarları bu barədə məsuliyyət daşıyırlar. “Dünya ölkələri Suriya daxilinə silah və yaraqlı göndərilməsinə son qoymağa dair üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirməlidirlər”, - deyə bəyanatda bildirilir.
Suriya böhranının həlli üçün Cenevrə-2 konfransı bu gün İsveçrənin Montruye şəhərində Suriya müxalifəti, BMT, ABŞ, Rusiya və bəzi ölkələrin nümayəndələrinin iştirakı ilə davam edir.
1695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:57