Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Rusiya Azərbaycana dərs vermək istəyir

“Ermənilərin fəallaşmasında Rusiyanın rolu var”.

Bunu “Axar.az”a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O bununla Rusiyanın Azərbaycanı cəzalandırmaq istədiyini göstərməyə çalışdığını bildirib:

”Cavab çox sadədir. Əvvəl İlham Əliyev Brüsseldə NATO-nun rəhbəri Rasmussenlə görüşmüşdü. Təbii ki, bu, Rusiyanın xoşuna gəlməmişdi. Bundan sonra Rusiya sehrli düyməsinə basaraq Ermənistanı fəallaşdırıb. Bununla demək istəyir ki, əgər Qərblə hər şeyi yaxşılaşdırsan, başın ağrıyacaq”.
Qeyd edək ki, artıq üç gündür cəbhənin təmas xəttində atəşkəsin pozulması halları sürətlənib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda təkcə dünən və bu gecə 138 dəfə atəşkəsin pozulduğu bildirilmişdi.
1750 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21