Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Hacı Abgül Süleymanov sabah 13 saylı "zon"a köçürüləcək

Mübariz ruhani Hacı Abgül Süleymanov sabah Bakı İstintaq Təcridxanasından köçürülür

İslamazeri.az-ın verdiyi xəbərə görə, mübariz ruhani Abgül Süleymanov məhkəmə ilə bağlı gətirildiyi Bakı İstintaq Təcridxanasından (Kürdəxanaı) 13 saylı cəza çəkmə müəssisəsinə köçürüləcək.

Abgül Süleymanov ilk dəfə bu CÇM-nə bölünərkən "zon"un rəisi onu əvvəl gündən karsa salmış və "zon"a daxil olmasına icazə verməmişdi. Sonradan ona qarşı yalançı ittihamlar əsasında Qobustan qapalı həbsxanasına köçürülməsi üçün Qaradağ məhkəməsi qərar çxıarmışdı.

Ruhaninin müdafiə tərəfi isə, apellyasiya şikayəti verilmiş və bu müddət ərzində Hacı Abgül Süleymanov Kürdəxanı təcridxanasında saxlanmışdı.

Məhkəmə qərarı qüvvədə saxlamasına baxmayaraq məhkəmə prosesinin uzanması "6 ay qapalı rejim" qərarını avtomatik qüvvədən salmışdı.

Sabah isə, ruhani yenidən 13 saylı cəza çəkmə müəssisəsinə göndərilir.

Qeyd edək ki, 13 saylı cəza çəkmə müəssisəsi Qaradağ rayonunun Puta qəsəbəsində yerləşir və Bakının ən pis cəzaçəkmə müəssisələrindən hesab olunur.
1736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:18