Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

İraq məhkəməsi son həftədə 37 terrorçunu edam edib

İraqda bu gün 11 terrorçu edam edilib.

İnterAz–ın “İraqPress” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin ədliyyə nazirliyi məlumat yayıb.

Bildirilib ki, təkcə bu gün terror məsələlərində ittiham edilən 11 ölkə vətəndaşı edam edilib ki, bununlada son həftədə edam edilənlərin sayı 37-ə çatıb.

İraqda terror dalğası son ildə maksimuma çatıb. “FransPress”in məlumatına əsasən, təkcə cari ayın əvvəlindən indiyə qədər ölkədə gedən qarşıdurmalar və terror aktları nəticəsində 700-dən artıq insan həlak olub. İraq müxalifəti ölkə konstitusiyasında terrorla bağlı qanun layihəsinin dəyişdirilməsini tələb etsələr də, hakimiyyət terrorçularla mübarizəni möhkəmləndirməkdədir.
1709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...