Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2014

Həsən Ruhani: "BMT və baş katibinə görə məyusluq keçirirəm"

"Suriyada baş verən daxili müharibə qəbuledilməzdir"

İran prezidenti Həsən Ruhani Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gəlib. Prezident seçiləndən Avropaya ilk rəsmi səfərini edən Həsən Ruhani Suriya və İranın nüvə proqramı ətrafında baş tutacaq mövzularda müzakirələr qoşulacaq. Euronews-un müxbirinin suallarını cavablandıran Həsən Ruhani Suriya ilə bağlı suala cavablandırarkən bunları bildirib:

“Əvvəla Suriyada axan qanın dayandırılmasını və Suriya xaqlının vəziyyətinin yaxşılaşdırılmasının bir insanlıq vəzifəsi kimi dəyərləndiririk. Bizim üçün bölgədə olan sabitlik vacibdir. Suriyada baş verən daxili müharibə qəbuledilməzdir. Suriya xalqına köməklik göstərəcək hər bir danışıqda iştirak etməyə hazırıq. Mən baş verənlərdən məyusluq hissi keçirirəm. Bu məyusluq özümə və İran xalqına görə deyil. Bu məyusluq BMT və baş katibinə görədir” - deyə İran prezidenti əlavə edib./interaztv.com/
1703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP