Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Ermənilər 37 yaşlı qadını yaralayıb

Ermənilər Tovuzun Əlibəyli kəndinin 1 uşaq anası olan 37 yaşlı sakini yaralayıb

Yanvarın 23-də saat 21.45-dən başlayaraq 00.00 radələrinədək Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən əsasən yandırıcı trasser güllələrdən intensiv atəşə tutulub.

Atəşkəsin pozulması nəticəsində kənddəki evlərdən birində yaşayan 1 uşaq anası 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Əhməd qızı ayaq nahiyəsindən yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tovuz rayonu İH-nin Əlibəyli kəndi üzrə nümayəndəsi Valeh Rzayevin verdiyi məlumata görə, yandırıcı trasser güllələrdən açılan atəş nəticəsində qeyd olunan evdə yanğın başlayıb, lakin tez bir zamanda söndürülüb.

Qeyd edək ki, Əlibəyli kəndi Tovuz rayonunun düşmənlə təmas xəttinə ən yaxın kəndidir. Kəndin Ermənistanın Berd rayonunun 4 yaşayış massivi ilə 17 km sərhədi var.

Əlibəyli kəndi son bir neçə gündür axşam saatlarında düşmənin intensiv atəşinə məruz qalır./apa/
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08