Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Xəsarət alan polislərin sayı 278 nəfərə çatıb

Kiyevdə toqquşmalarda xəsarət alan polislərin sayı 278 nəfərə çatıb

Ukraynanın paytaxtı Kiyevdə iğtişaşlar zamanı xəsarət alan asayiş keşikçilərin sayı 278 nəfərə çatıb, onlardan 100-ü xəstəxanalara yerləşdirilib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in saytında bildirilir.

“Kiyevin Qruşevski meydanında baş vermiş hadisələrdən sonra tibbi yardımın göstərilməsi üçün hüquq-mühafizə orqanlarının 278 əməkdaşı müraciət edib, onlardan 105 nəfəri xəstəxanalara yerləşdirilib”, deyə məlumatda bildirilir.

Zərərçəkənlərdə qapalı kəllə-beyin travması, sümüklərin sınığı, yanıq xəsarətləri, deşilmiş-kəsilmiş yaralar və naməlum maddələrdən zəhərlənmə halları qeydə alınıb.

Yanvarın 19-dan davam edən aksiyalarda mitinqçilərlə polis arasında baş verən toqquşmalarda beş nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
1582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12