Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Elşad Abdullayev bacısı oğlunu aclığı dayandırmağa çağırdı

"Azad Mürsəliyev aksiyanı dayandırmasa, Azərbaycan səfirliyinin qarşısında özüm aksiya keçirəcəm"

Xəbər verdiyimiz kimi, Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, sabiq ABU rektoru Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev yanvarın 22-dən aclıq aksiyası keçirir. E.Abdullayev bu aksiya ilə bağlı "Yeni Müsavat"a müraciət yollayıb.

E.Abdullayev yazıb ki, Azad Mürsəliyevi və digər qohumlarımı girov saxlayaraq, müalicə almaları üçün ölkədən çıxışlarına yasaq qoyanlar bayramlarını, ad günlərini mütəmadi olaraq Avropanın ayrı ölkələrində keçirir: "Azad Mürsəliyevin bu addımı hansı səbəbdən atdığını hamımız gözəl bilirik. Bəli, Azad Mürsəliyev Mahir Abdullayevin Hüquqların Müdafiə Komitəsini təsis etdi və hazırda həmin komitənin rəhbəridir. Mənimlə haqsız olaraq haqq-hesab çürütmək arzusunda olan prokurorluq orqanları, ilk növbədə, mənə yaxın olan insanların sıradan çıxarılmalarına, onların fəaliyyətlərini heçə endirməyə çalışırlar. Başda baş prokuror Zakir Qaralov olmaqla, Azərbaycanın hüquq-mühafizə orqanları MTN zabiti Mahir Abdullayevi axtarıb tapmaq deyil, əksinə, Mahir Abdullayevi axtaranlara qarşı mübarizə aparırlar, onları təzyiq altında saxlayırlar, təhdid edirlər və qondarma cinayətlərlə həbs edirlər. Buna sübut kimi, qardaşım oğlu Qarabağ şəhid atası Mübariz Abdullayevin heç bir günahı olmadan işgəncələr altında saxta ifadələr alıb 10 (on) il müddətinə cinayət məsuliyyətinə cəlb olunmasını göstərə bilərəm".

E.Abdullayev yazıb ki, Azad Mürsəliyev Qarabağ savaşının iştirakçısıdır. "O, səhhətində olan problemlərlə bağlı 2011-ci ildə Türkiyədə əməliyyat olunmuşdur. Azad Mürsəliyevin şəxsən özünün və valideyninin səhhəti barəsində mənim məlumatım var. Uzun müddət dövlət idarəetmə orqanlarında calışan atası Oqtay Mürsəliyev baş vermiş bu faciənin stressindən dünyasını dəyişmişdir, anası stresin təsirindən normal əmək qabiliyyətini itirmişdir. Vergi sahəsində çalışan qardaşı Ayaz stresdən normal əmək qabiliyyətini itirmişdir. Hazırda da Azad Bakıda tanınmış həkimlərdən müalicə alır. Bütün bunları nəzərə alaraq mən onu aclıq aksiyasından çəkindirməyə çalışacam. Elə başa düşürəm ki, bu aksiyanın onun səhhətinə ciddi ziyan vura bilməsini ona izah edə biləcəm və bununla da onu bu aksiyadan çəkindirməyə bir dayı kimi çalışacağam. Əks halda, əgər Azad Mürsəliyev bu addımı atmağa israrlı olduğunu nümayiş etdirərsə, həmin zaman şəxsən mən Elşad Abdullayev və ətrafımda olan bir sıra hüquq müdafiəçiləri və mühacirlərlə bərabər Azərbaycan səfirliyinin qarşısında özümüz aclıq aksiyası keçirməklə ona dəstək verəcəyik. Keçirəcəyimiz aksiya ilə bağlı yaşadığımız ünvan üzrə səhiyyə orqanlarını və mümkün olan bütün beynəlxalq təşkilatları məlumatlandıracağıq. Bu, heç bir mənəviyyata sığan hərəkət deyil".
1531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 11:46
Bakıda bir ai