Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Ana südü faydaları

Ana südü ilə qidalanan uşaqlarla bağlı maraqlı araşdırma aparılıb. "Milliyet" qəzetinin xəbərinə görə, bu məqsədlə 1300 qadın və uşağın illər boyu davranış və inkişaf sxemi araşdırılıb. Uşaqlar 3 yaşına çatanda onlara dil testi keçirilib. Araşdırmaçılar müəyyənləşdirib ki, körpə ikən 6 ay boyunca əmizdirilən uşaqlar heç əmizdirilməyənlərdən 3 bal daha yüksək nəticə göstərib. 7 yaşına çatanda uşaqlar İQ testindən də keçiriliblər. 1 il boyunca əmizdirilən uşaqlar əmizdirilməyənlərlə müqayisədə 4 bal daha yüksək göstərici əldə edib. Araşdırmaçılar bildirib ki, əgər körpələrdən biri digərindən 1 ay daha artıq ana südü ilə qidalanıbsa, bu, onun zəka göstəricilərinə 1/3 bal təsir edir.
1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:16
Türkiyədəki də