Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Ərdoğanın oğlunun vəkili danışdı

"Müvəkkilim prokurorluq orqanlarından gələ biləcək istənilən bildirişə görə ifadə verməyə həmişə hazırdır"

RegionTweet Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Necmettin Bilal Ərdoğanın vəkili Əhməd Özel müvəkkili barədə Türkiyə parlamentində yanvarın 23-də deyilənlərlə bağlı açıqlama verib.

Ans-in məlumatına görə, parlamentdə ana müxalifət partiyası CHP-nin təmsilçiləri Bilal Ərdoğanın istintaq dindirməsinə çağırılması barədə sənədin olmasını demişdilər. Bu, hakim partiya AKP-nin təmsilçisi Oktay Saralın CHP təmsilçisi Bülent Tezcana hücum etməsinə səbəb olmuşdu. Nəticədə Bülent Tezcanın gözü və qaşı yaralanmışdı.

Əhməd Özel Bilal Ərdoğanın dindirilmədən yayınması barədə deyilənləri təkzib edib: "Müvəkkilim daimi yaşayış yerinə malikdir, prokurorluq orqanlarından gələ biləcək istənilən bildirişə görə ifadə verməyə getmək üçün həmişə hazır olduğumuzu topluma bildiririk".

Əhməd Özel İstanbul prokurorluğundan müvəkkili Bilal Ərdoğan haqqında hər hansı bir çağırış kağızı almadıqlarını söyləyib. Onun sözlərinə görə, bu gün Türkiyə parlamentində baş verənlər sırf siyasi məqsədli məsələdir.
1722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP