Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Bu kolbasaları almayın! - SİYAHI

Bakıda məşhur kolbasa istehsalı müəssisəsində məhsulların istehsalında ciddi nöqsanlar aşkarlanıb. İqtisadiyyat və Sənaye Nazirliyindən APA TV-yə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin «Orxan SS» İstehsal-Kommersiya Firmasına məxsus istehsalat sahəsində apardığı yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyənləşib. Müəssisədə istehsal olunan «CF» və «Kristal» əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı «Baranina», «Krakovskaya», «Servelat Xəzər», «Kristal Həvəskar», «Ukrainskaya kopçennaya» kolbasaları və «Təndir» sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib.

Eyni zamanda, «Baranina», «Kristal Həvəskar», «Servelat Xəzər», «Doktorskaya», «Krakovskaya», «Oxotniciye», «Pəhriz», «Servelat» və «Salyami» kolbasaları və «Təndir» sosiskalarının istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yanlış məlumatların verildiyi müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş «Orxan SS» İstehsal-Kommersiya Firması barəsində qanunvericiliyə uyğun olaraq
1345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber