Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Qahirədə güclü partlayış törədilib, xeyli ölən və yaralanan var

Misirin paytaxtı Qahirədə güclü partlayış baş verib. “Al Arabiya” agentliyinin verdiyi məlumata görə, partlayış yerli vaxtla saat 6.30-da polis qərargahı qarşısında baş verib.

Hələlik 3 nəfərin həlak olduğu, 45-dək insanın yaralandığı açıqlanıb.

Hadisə şahidlərin sözlərinə görə, partlayışdan sonra binaya naməlum şəxslər tərəfindən atəş açılıb.

Qeyd edək ki, son günlər Misirdə polis əməkdaşlarına qarşı terror aktların sayı artmaqdadır. Belə ki, bu həftə maskalı silahlı şəxslər beş polis əməkdaşını qətlə yetiriblər.

Misirin Beni Suef vilayətində hücum nəticəsində isə iki polis əməkdaşı yaralanıb./apa/
1513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı