Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Tarixin ən bahalı Qış Olimpiadası

Soçi Olimpiadasına 60 milyard dollar xərclənib; bu vəsaitin yarısının mənimsənildiyi iddia olunur

Fevralın 7-də Soçidə başlayacaq Qış Olimpiya Oyunları son 30 ilin Olimpiya tarixində ən bahalı oyunlar kimi düşür. “Azadlıq” radiosunun məlumatına görə, Rusiyanın baş naziri Dmitri Medvedev “CNN”ə müsahibəsində bu Olimpiadanın Rusiya büdcəsinə azı 200 milyard rubla - təxminən 60 milyard dollara başa gələcəyini deyib.

Amma baş nazir qeyd edib ki, söhbət təkcə Olimpiadanın təşkili xərclərindən getmir: “Ümumilikdə yolların, dəmir yolu xətlərinin çəkildiyini, çox mürəkkəb infrastruktur problemlərinin həllini, Soçidə on illərlə yığılıb qalmış elektrik, su təchizatındakı problemlərin həllini nəzərə alanda əlbəttə, rəqəmlər də kifayət qədər böyük olur. Amma hər halda, buna eyni zamanda, Rusiyanın regionlarından birinin inkişafına qoyulmuş investisiya kimi baxılmalıdır”.

Rusiya rəsmiləri dövlət büdcəsindən bu Olimpiada üçün ayrılan pulların az qala, yarıya qədərinin mənimsənilməsi barədə müxalifətdən səslənən ittihamları da rədd edirlər.

Keçən ilin mayında Rusiyanın keçmiş baş nazirinin müavini Boris Nemtsov “Həmrəylik” hərəkatının üzvlərilə birlikdə hazırladığı xüsusi hesabatda Soçidə Olimpiada təşkili üçün ayrılan pulun azıÿ30 milyard dollarının mənimsənildiyini iddia etmişdi.

Amma Soçidə külli miqdarda mənimsəmə iddiaları təkcə Rusiya müxalifətindən səslənmir. Bu yaxınlarda Beynəlxalq Olimpiya Komitəsinin üzvü Gian-Franko Kasper də Isveçrənin dövlət televiziyasına müsahibəsində Soçi Olimpiadasına hazırlıq üçün dövlət büdcəsindən ayrılan 50 milyard dollardan çox pulun üçdə birinin mənimsənildiyini deyib.

Bütün hallarda, Rusiyanın baş naziri Dmitri Medvedevin özünün də səsləndirdiyi 60 milyard dollar son 30 ilin Qış Olimpiadaları tarixində ən yuxarı rəqəmdir. Rusiya rəsmiləri isə israrla hər hansı korrupsiya olmadığını deyirlər.

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Zukov dünən keçirdiyi mətbuat konfransında fevralın 7-dən 23-ə qədər davam edəcək bu idman bayramının özünün də indiyə qədərki yarışlardan fərqli təşkil edildiyini bildirib: “22-ci Soçi Qış Olimpiadası çağdaş olimpiya hərəkatının ən böyük yarışı olacaq. Dünyanın 85 ölkəsindən 2750 atletin yarışlara qatılması gözlənilir. 15 idman növündə 85 dəst medal veriləcək. Müqayisə üçün deyək ki, 2010-cu ildə keçirilmiş sonuncu Vankover Olimpiadasında 12 dəst medal verilmişdi”.

Zukov qeyd edir ki, Soçi Olimpiadasını 13 min media təmsilçisi işıqlandıracaq./azadlıq/
1646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı