Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Azərbaycanı intihar dalğası bürüyüb

Təkcə yanvar ayında 25 nəfər özünü öldürüb

Azərbaycanı intiharlar dalğası bürüyüb. Təkcə dünən biri Göyçay, digəri Bakıda olmaqla, iki intihar hadisəsi baş verib. Göyçayda Heydər Əliyev prospekti 209 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Röyal Səmədov evinin həyətində özünü asaraq intihar edib.

Bakıda isə hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbədə Ruhulla Axundov küçəsində yaşayan 40 yaşlı Sidey Seyidov özünü evdə asıb. Onun meyiti asılmış halda tapılıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma gedir.

Bununla da Azərbaycanda yanvarın ilk 23 günündə intihar edənlərin sayı 25 nəfərə çatıb. Bu, dəhşətli statistikadır. Təsəvvür edin ki, daha 12 nəfər intihara cəhd göstərsə də, onların həyatını xilas etmək mümkün olub.

Psixoloq Azad Isazadə məsələ barədə ciddi və təxirəsalınmaz işlər görməyə çağırır. Psixoloqun fikrincə, bunu sui-qəsd epidemiyası adlandırmaq olar: “Birmənalı şəkildə təcili tədbirlər görülməlidir. Peşəkarları bir yerə yığıb çıxış yolu axtarmalıyıq. Biz risk qruplarını dəqiqləşdirməli, ayrı-ayrı peşəkarlar, jurnalistlər təbliğat aparmalıdır. Intiharların nədən baş verdiyi araşdırılmalı və hər hadisəyə aparan yollar izah olunmalıdır. Yoxsa, vəziyyət olduqca gərgindir və belə davam edə bilməz”./azadlıq/
1809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı