Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Hakimiyyət təşviş içində

Ukraynada baş verənlər İlham Əliyevi qorxuya salıb

Azərbaycan hakimiyyəti Ukraynada baş verən hadisələrdən təşvişə düşüb. Iqtidardaxili mənbələrdən redaksiyamıza sızan məlumatlara görə, hakimiyyəti xüsusilə narahat edən beynəlxalq aləmin hadisələrə reaksiyasıdır.
Məlumat üçün deyək ki, artıq Avropa Parlamentiin rəhbəri Marin Şults Ukrayna prezidenti Viktor Yvnukoviçi parlamenti buraxmağa çağırıb. Onun sözlərinə görə, V.Yanukoviç parlament çoxluğunun və cəmiyyətin böyük əksəriyyətinin dəstəyini itirib: “Hər bir sağlam düşüncəli prezident bu şəraitdə parlamenti buraxar və yeni seçkilər elan edərdi”.ÿ
Bundan başqa Martin Şults bildirib ki, zorakılığın davam edəcəyi təqdirdə Avropa Ittifaqı ukraynalı məmurlara qarşı sanksiyanı nəzərdən keçirəcək.
Azərbaycan hakimiyyəti Avropa strukturlarının bu mövqeyindən təşvişə düşüb. Çünki Azərbaycan hakimiyyəti Avropa ilə Assosiasiya Sazişini imzalamaq niyyətində görünmür. Hər halda Ilham Əliyev Davos Iqtisadi Forumunda Assosiasiya Sazişini imzalamaq fikrində olmadığını bildirdib. Bu barədə “RIA- Novosti” agentliyi məlumat yayıb.
Məlumata görə, Ilham Əliyev deyib ki, Azərbaycanla Avropa Ittifaqı arasındakı münasibətlər Assosiasiya Sazişindən də yüksək əməkdaşlıq forması tələb edir. “Bizim üçün Assosiasiya sözü tam qəbul edilən deyil”, - deyə Əliyev qeyd edib.
Hakimiyyətin Assosiasiya Sazişini imzalamaqda maraqlı olmamasının səbəbi bu addımın demokratik islahatlara yol açmasıdır. Avtoritar Əliyev hakimiyyəti isə ölkədə demokratik islahatlar aparmağı düşünmək belə istəmir.
Assosiasiya Sazişi Avropanın və demokratik dünyanın Azərbaycan hakimiyyətinə verdiyi son şans sayıla bilər. Əliyevin bundan imtinası isə artıq Avropanın Azərbaycanda demokratiya məsələsində daha prinspial mövqe sərgiləməsini şərtləndirəcək. Bu isə Ilham Əliyevə Viktor Yanukoviçin aqibətini yaşada bilər. Məlumatlarda bildirilir ki, hakimiyyət vəziyyət çıxış yolları axtarır./azadlıq/
1497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı