Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Ukrayna: razılaşma var, amma gərginlik səngimir

Ukraynada prezident Viktor Yanukoviçlə müxalifət liderləri Vitali Kliçko, Arseni Yatsenyuk və Oleq Tyaqnibok arasında yanvarın 23-də keçirilmiş görüşün təfərrüatları bəlli olub. Dörd saatdan artıq çəkən danışıqlarda Viktor Yanukoviç etiraz aksiyalarına qüvvə tətbiq olunmayacağına, tutulan mitinqçilərin üç gün ərzində azadlığa buraxılacağına söz verib.

Başqa bir razılaşmaya görə, mübahisəli qanunların ləğvi məsələsi Ali Radanın 28 yanvar iclasının gündəliyinə salınacaq. Müxalifət isə aksiyaların dinc məcrada davam etməsinə boyun olub.

Ötən il noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina etdikdən sonra Kiyevdə davamlı etiraz aksiyaları keçirilir. Yanvarın 15-dən Ukrayna paytaxtının mərkəzində etiraz aksiyalarının keçirilməsini qadağan edən məhkəmə qərarı açıqlanıb. Yanvarın 21-də isə Ukraynada kütləvi tədbirlərin keçirilməsi şərtlərini ağırlaşdıran və internetdə hakimiyyət əleyhinə çağırışlara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunlar paketi dərc olunaraq qüvvəyə minib. Qanunlar Ukrayna parlamentində yanvarın 16-da qəbul olunub və müxalifətin kəskin müqaviməti ilə üzləşib.

Yanvarın 19-dan paytaxt Kiyevin küçələrində müxaliflərlə hökumət qüvvələrinin toqquşması gedir. Yanvarın 23-də Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, son dörd gündə 254 milis işçisi yaralanıb, onlardan 104-ü xəstəxanaya yerləşdirilib. Mitinqçilər arasında 72-si xəstəxanalıq olan 157 yaralının olduğu bildirilir. Bəzi məlumatlara görə, Kiyevdə müxalif fəallarla hökumət qüvvələri arasında qarşıdurmalarda 5 nəfər həlak olub.

Hazırda Ukraynada siyasi gərginlik bölgələri də əhatə edib. Rovno, Ternopol və Lvovda vilayət administrasiyasının binaları etirazçıların əlinə keçib.

Son məlumata görə, Kiyevdə mitinqçilər müxalifət liderləri ilə prezidentin 23 yanvar görüşündə əldə olunmuş razılaşmaları qəbul etmirlər. Bu gecə aksiyaçılar Aqrar Siyasət və Ərzaq Nazirliyinin binasını
1501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber