Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Müdafiə Nazirliyi xalqa tapmaca ünvanladı

“Qeyri-erməni dilində əmr” nə deməkdir?
Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərdiyi qeyd olunub. Moderator.az-ın məlumatına görə, erməni hücumunun dəf edildiyini bildirən nazirlik məlum açıqlamasının sonunda əsl tapmaca xarakteri daşıyan bir fikir səsləndirib. Nazirlik qeyd edib ki, “ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb”.
Maraqlıdır ki, erməni hücumu, bu hücumun digər təfərrüatları haqqında məlumat verən nazirlik düşmən əsgərlərinə qeyri-erməni dilində verilən əmrin konkret hansı dildə olması haqqında susmağa üstünlük verib. Bununla da, Müdafiə Nazirliyi ictimaiyyətə bir növ şifrəli məlumat və ya tapmaca ünvanlayıb. Görünür, hücumun bir çox detalları haqqında məlumat verən nazirlik yalnız bu məqamı hərbi sirr hesab edib. Hansı ki, məlumatın bu şəkildə, yəni yarımçıq ötürülməsi ictimaiyyət arasında daha çox təlaş və çaşqınlıq yaradır.
1763 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28