Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Diqqət! Google Chrome səsinizi dinləyir

Chrome brauzerinin yükləndiyi istənilən kompyuterdən ətrafdakı danışıqları dinləmək üçün istifadə etmək olar.
Chrome brauzerinin yükləndiyi istənilən kompüterdən ətrafdakı danışıqları dinləmək olar.

Bu iddianı irəli sürən İsrailli proqramçı Tal Ater şəxsi proqram təminatını yaratmaq istəyən zaman belə bir halla üzləşdiyini açıqlayıb.

Brauzerin yaradıcısı olan Google şirkəti 2013-cü ilin oktyabrında bunu aradan götürdüyünü bildirsə də, İsrailli proqramçının fikrincə, brauzerin son yenilənmiş versiyalarında analoji hal təkrarlanır. Tal Aterin iddiasına görə, zərərli saytlar brauzerin səs tanıma sisteminə daxil olur. İstifadəçi sayta öz kompüterinin mikrofonundan istifadə etmək üçün icazə verməlidir. İcazə verildikdən sonra Chrome brauzeri bu barədə siqnalı qəbul edir. İsrailli proqramçının iddialarına görə isə haker və zərərli saytlar xüsusi kod vasitəsilə kompüterin mikrofonuna çıxış əldə edə bilərlər.

İstifadəçi həmin saytı tərk etsə belə, onun bütün danışıqları dinlənilir.

“Qısa müddət üçün daxil olduğunuz belə zərərverici saytları tərk etsəniz belə, sizi uzun müddət dinləyə bilər”- deyə Tal Ater bildirib.

Məsələyə münasibət bildirən Google şirkəti isə W3C konsorsiumunun internetin standartlarını müəyyən etdiyini və bununla bağlı cavab gözlədiklərini söyləyiblər.

“Biz yeni araşdırma apardıq və əvvəlki kimi hesab edir ki, istifadəçilər üçün birbaşa təhlükə yoxdur. Çünki istifadəçi hər bir sayt üçün səs tanıma funksiyasını ayrı-ayrılıqda aktiv etməlidir” – deyə şirkətdən cavab gəlib./azvision/
1508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber