Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Suriyada daha bir azərbaycanlı öldürüldü

Suriyada daha bir azərbaycanlı öldürülüb.

Bu barədə terrorçulara məxsus saytlar məlumat yayıb.

Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan “Əbu Sənan” ləqəbli azərbaycanlı terrorist bir neçə gün əvvəl Suriyanın hökumət qüvvələri tərəfindən öldürülüb. Onun soyadı adı açıqlanmasa da, adının Vüsal olduğu bildirilir. Vüsal Bakının Qaraçuxur qəsəbəsindəndir. Terrorçular Vüsalın fotosunu da yayıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/
1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
20.01.17, 10:19