Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Üzeyir Cəfərovdan qanqallanan Mirzəli Yusifov barədə şok iddia

“Onun adamları həbsdən qurtulması üçün yüz minlərlə manat rüşvət təklif etsələr də...”

Zakir Həsənov müdafiə naziri təyin olunan gündən bu qurum mətbuatın və cəmiyyətin diqqətində olsa da əcaib kadr təyinatları və qalmaqallı həbslər xaricində hər şeyin “köhnə hamam- köhnə tas” olduğu da ortada. Amma təbii ki, sanki hamının başı qalmaqallara qarışıb. Elə sonuncu həbs kimi...
Dünən Mirzəli Yusifovun ardından Ali Hərbi Məktəbin daha bir yüksək rütbəli zabitinin-polkovnik leytenant Namiq Nəbiyevin qandallanması xəbəri gündəmi zəbt elədi.
Hərbi ekspert, "Hərbi Jirnalistlər" İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov hələ bir müddət öncə Moderator.az-a açıqlamasında bu həbslərin “plan” dolanadək davam edəcəyini bildirmişdi. Deyəsən, proqnozlar özünü doğrultmaqdadır:
“Yadınızdadırsa biz H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəis əvəzi polkovnik Mirzəli Yusifovun həbsini şərh edərkən belə bir söz işlətmişdik ki, bu həbslərin davamı olacaq, ta "plan" dolanadək. İndi artıq həmin prosesə start verilib və yaxın həftələr ərzində ən azından daha bir neçə nəfərin həbsi qaçılmaz olacaq. Ən maraqlısınınsa yəqin ki, Respublika Hərbi Prokurorluğunun M. Yusifova elan etməyə hazırlaşdığı daha 2 ittihamla bağlı olacağını düşünürəm. Bizə çatan məlumatlara görə, Mirzəli Yusifov məktəb rəisinin vəzifələrini icra edərkən vəzifəsindən sui-istifadə hallarına yol verib və dövlətin, həmçinin vətəndaşlarım əmlakını mənimsəyib. Bütün bu və digər faktlar tədricən araşdırılır və artıq bəzi nəticələr də onu deməyə əsas verir ki, sabiq polkovnik cinayət məsuliyyətinə cəlb edilməklə yanaşı polkovnik rütbəsindən də məhkəmə qaydasında məhrum ediləcək. Bizdə o məlumat da var ki, sabiq rəisin yaxın ətrafı yüz minlərlə manat pul müqabilində M.Yusifovun həbs qəti-imkan tədbirinin dəyişdirilməsi üçün ən yüksək səviyyədə müraciətlər edib, amma onlara hələlik “yox” deyilib.”
1784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı