Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

“Açıq demişdim ki, İsa Qəmbər sizi aldadır”

Xaliq Bahadır: “Açıq demişdim ki, İsa Qəmbər sizi aldadır”

Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü olmuş Xaliq Bahadır partiyadaşlarının ondan üzr istəmələrini tələb edib.

Tanınmış publisist X.Bahadır teleqraf.com-a açıqlamasında onun AXCP-dən və İctimai Palatadan çıxmasının kökündə Müsavatla münasibətlərin dayandığını deyib:

“Mən AXCP ilə Müsavatın birləşməsi ideyasına qarşı çıxanda AXCP-dəki bir sıra dostlarım Rauf Arifoğlunun qəzetində məni təhqir etdilər.

Dedilər ki, Xaliq Bahadır qeyri-ciddi adamdır. İndi bu adamların ləyaqəti çatmır ki, qəzetlərdə məndən üzr istəsinlər.

Əslində bu adamlar məndən üzr istəməlidirlər. Baxın, mənim dediklərimin hamısı doğru çıxıb. Həm də mən qəzetdə dediklərimdən qat-qat artığını AXCP Rəyasət Heyətinin toplantısında demişəm.

Hətta bir sıra məsələlərin üstünü açmışdım, demişdim ki, İsa Qəmbərin başında durduğu Müsavat hakimiyyətin partiyasıdır.

Ancaq AXCP-dəki dostlarım açıq-aydın mənə qarşı getdilər, gedib hakimiyyətin əlaltısına əlaltılıq etdilər. İndi buyurub məndən üzr istəsinlər.

Mən indi yaşananlar haqda 2010-cu ilin yayında xəbərdarlıq etmişdim. Açıq demişdim ki, İsa Qəmbər sizi aldadır.

Ancaq AXCP sədri Əli Kərimli deyirdi ki, İsa Qəmbərlə danışıb və bu ay birləşmə olacaq. Ancaq onlar mənə qulaq asmadılar.

Sonda İsa Qəmbər və qrupu İctimai Palatada oyun oynadı və mənim AXCP-dəki partiyadaşlarım da bu prosesə qatıldı. Mən də həm AXCP-dən, həm də İctimai Palatadan çıxdım”.
1689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59