Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2014

Türkiyə ordusunda yeni istefa dalğası

Türkiyə Müdafiə Nazirliyindən 24 gün içində 74 pilot istefa verib. Ans-in verdiyi məlumata görə, bu barədə Türkiyə müdafiə naziri İsmət Yılmaz açıqlama verib.

O, bildirib ki, 2014-cü ilin əvvəlindən bu günə qədər 47 pilot Türkiyə Müdafiə Nazirliyindən istefa vermək üçün ərizə yazıb. Yılmaz çıxışı zamanı 2010-cu ildə 147, 2011-ci ildə 149, 2012-ci ildə 174, 2013-cü ildə isə 214 nəfər pilotun istefa ərizəsi verdiyini söyləyib.

O, 2013-cü ildə bu rəqəmin daha artıq olamsının səbəbini pilotların xidmət səviyyəsinin 10 ilə qədər endirilməsi ilə izah edib.
1718 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10