Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

ABŞ-da universitetə silahlı hücum olub

Сənubi Karolina universitetində baş verən atışmada yaralanan tələbə dünyasını dəyişib

ABŞ-ın Cənubi Karolina universitetinin yataqxanasında baş verən atışmada yaralanan tələbə dünyasını dəyişib.

Apa-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Oranjburq şəhərində yerləşən universitetin nümayəndələri bildirib.

Hazırda polis hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri axtarır. Cinayətin motivi hələlik məlum deyil.

Xatırladaq ki, Cənubi Karolina Universitetində təxminən 3,2 min tələbə təhsil alır.
1741 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:54