Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Kiyevdə milis əməkdaşı qətlə yetirilib

Kiyevdə “Berkut” yataqxanasında yaşayan milis əməkdaşı qətlə yetirilib.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, atəş nəticəsində baş nahiyəsinə dəyən güllə milis əməkdaşının ölümünə səbəb olub. Onun meyitini yaxınlıqdakı tikintinin gözətçiləri aşkar edib. Şahidlər hadisə yerindən iki nəfərin qaçdığını bildiriblər.

Müəyyən edilib ki, qətlə yetirilən şəxs dövlət mühafizə xidmətinin Qoloseyev rayonu milis idarəsinin 27 yaşlı əməkdaşıdır. O, yaşadığı “Berkut” yataqxanasına silahsız yollanırmış. Hazırda operativ istintaq qrupu hadisənin təfərrüatlarını araşdırır.
1533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz