Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

Misirdə toqquşmalar nəticəsində 9 nəfər ölüb

Bu gün Misirdə toqquşmalar nəticəsində 9 nəfər ölüb, onlarla adam xəsarət alıb.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, dörd nəfər Beni-Sueyf əyalətində, daha üçü Fayum şəhərində baş verən toqquşmalar zamanı öldürülüb. Onlardan ikisi fəaliyyəti qadağan olunan və terror təşkilatları siyahısına daxil edilən "Müsəlman Qardaşlar"-ı tərəfindən qətlə yetiriblər.

Daha iki nəfər Dümyat əl Qadida şəhərində və Əl-Minya əyalətində öldürülüb.

Gün ərzində 100-dən çox "Müsəlman Qardaşlar" təşkilatının üzvü həbs edilib, xeyli sayda odlu silah, avtomatik tüfənglər, əldəqayırma partlayıcı maddələr, qumbaralar və s. müsadirə olunub./apa/
1645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...