Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2014

“Gülər Əhmədova Şəmsiyyə Bəylərqızının şərlənməsində iştirak edib”

Vəkil Elçin Sadıqov sabiq deputatın ittihamına cavab verdi

Vəkil Elçin Sadıqov sabiq deputat Gülər Əhmədovanın bu gün keçirilən məhkəmə prosesində onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

E.Sadıqov virtualaz.org-a açıqlamasında G.Əhmədovanın dediklərini əsassız adlandırdı: “Əvvəla, onu deyim ki, Gülər Əhmədova Şəmsiyyə Bəylərqızının şərlənmə kampaniyasında canla-başla iştirak edib. Mən az da olsa tanınmış bir vəkiləm və reklam üçün də Gülər Əhmədovaya ehtiyacım yoxdur. Mən həmişə prinsiplərim uğrunda mübarizə aparmışam. Gülər Əhmədova ilə bağlı dediyim bütün faktlar fakt olaraq qalır. Bu gün də həmin faktları müdafiə edirəm. Bununla bağlı kifayət qədər sübutlar da var və təqdim edə bilərəm. Hansı ki, çıxışlarımda da onlardan istifadə etmişəm. Gülər Əhmədovanın dedikləri tamamilə əsassız və uydurmadır. Mənim onunla heç bir şəxsi qərəzim yoxdur. Sadəcə olaraq məndə olan informasiyaları ictimaiyyətə çatdırmışam”.

Qeyd edək ki, E.Sadıqov yanvarın 22-də virtualaz.org-a açıqlamasında bildirmişdi ki, həbsdə olan sabiq YAP-çı deputat Gülər Əhmədova onun gecələr şəhərə çıxması barədəki məlumatların mətbuata digər xanım məhbus, jurnalist Şəmsiyyə Bəylərqızı tərəfindən ötürüldüyünü zənn edərək ona hədə-qorxu mesajları göndərib.



Vəkil qeyd etmişdi ki, bunu ona Ş.Bəylərqızı özü deyib: “Şəmsiyyə Bəylərqızı mənə zəng etmişdi. Bildirdi ki, Gülər Əhmədova bu məlumatın yayılmasında ondan şübhələnib. Bunun ardınca isə sabiq deputat Şəmsiyyə Bəylərqızının olduğu kamerada bir neçə dəfə qanunsuz axtarış həyata keçirtdirib. Gülər Əhmədova Şəmsiyyə Bərlərqızına övladı ilə görüşməsinə belə qadağa qoydurub...”

Bu gün isə Gülər Əhmədova məhkəmə prosesində Elçin Sadıqovun bu açıqlaması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Elçin Sadıqovun dedikləri ağ yalandır: “Elçin Sadıqov Əvəz Zeynallının vəkili idi. O vaxtdan da mənə qarşı şər-böhtan kampaniyası aparır.Vəkillik karyerasında yüksəlmək istəyir. Kifayət qədər adamlar var ki, mənim adımdan istifadə edib özlərini reklam edirlər. Mənim adımla kim reklam olunmaq istəyirsə, ona uzun ömür, can sağlığı arzulayıram. Mənim gecələr təcridxanadan gəzintiyə çıxmağım mümkün deyil. Orda hətta adamları da kameradan bir-bir çıxarırlar. Dustaqlar bir-birini görə bilmirlər. Əgər mənim adımın keçməsi Şəmsiyyəyə nədəsə kömək edəcəksə, buna etirazım yoxdur. O da bir qadındır, anadır”.
1543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11